11 Aralık, 2016
28 Haziran, 2016
İdarə Heyətinin növbəti toplantısı, 27 İyun 2016
Bu gün KXCP İdarə Heyətinin toplantısı keçirilib.
İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, KXCP Ali Məclis sessiyasının nəticələri müzakirə edililib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib.
Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilib.
KXCP Ali Məclisin son sessiyasında qəbul edilmiş qərarların icrası ilə bağlı müzakirələr aparılıb və əlaqədar orqanlara uyğun tapşırıqlar verilib.
Yığıncaqda iyun ayında Elçibəylə bağlı çoxsaylı tədbirlərin keçirilməsi, mediyada geniş informasiyaların yayılması, gənclərin Elçibəy irsinə daha böyük maraq göstərməsi müsbət qiymətləndirlmiş, bu istiqmətdə fədakarlıq göstərən gənclərin, KXCP üzvlərinin fəaliyyətləri yüksək qiymətləndirilib.
Yığıncaqda Qarabağ probleminin son durumu və sosial-iqtisadi durumla bağlı bəyanatlar qəbul edilib.

26 Haziran, 2016
25 Haziran, 2016
KXCP Türklük gününün dövlət səviyyəsində qeyd olunmasını istəyir
Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sessiyası keçirilib. Sessiyadan öncə partiyanın Ali Məclis üzvləri, şöbə sədrləri və fəallar Türklük günü münasibəti ilə Fəxri Xiiyabanda Əbülfəz Elçibyin məzarını ziyarət ediblər. Ali Məclisinin sessiyası Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb. Sessiyada qərarların icra vəziyyəti haqqında məlumat verilib, təşkilati məsələyə baxılıb, Türklük günü və ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparılıb. Gülağa Adgözəlov Ali Məclisinin katibi seçilib.
KXCP sədinin müavini Aydın Mədətoğlu Türklük günü və onun qeyd olunması ilə bağlı çıxış edib. Türk millətinin tarixdəki rolu, bu günki vəziyyəti, Türklük gününün ideoloji əsasları və qeyd olunmasının səbəbləri barəsində məlumat verib. Elçibəyin Türk kimlyinin tarixi haqqının bərpa edilməsində, Türk birliyinin yaradılması istiqamətində yorulmadan mübarizəsindən və Azərbaycan Respublikasında Türk dilinin dövlət dili kimi rəsmləşdirməsi haqqındakı fəaliyyəti haqqında geniş çıxış edib.
Ali Məclis sədri Bəybala Əbil ictimai siyasi vəziyyətlə bağlı çıxış edərək Qarabağ problemində son durum, sosial-iqtisadi vəziyyət haqqında məlumat vermiş, ölkədə bütün sahələr üzrə dərin böhran vəziyyətinin yarandığını qeyd edtmişdir. Böhran təkcə maliyyə və iqtisadiyyatı deyil vergi-gömrük sistemini, təhsili, səhiyyəni, hüquq-mühavizə sistemini, xarici siyasəti əhatə etdiyini, insan haqlarının kütləvi şəkildə pozulmasını, büövlükdə idarəetmənin iflic vəziyətə salınması və bu prosesin dəhşətli şəkildə dərinləşməsini qeyd etmişdir. Hakimiyyətin böhranın qarşısını almaq üçün heç bir imkana və proqrama malik olmaması, sadəcə görüntü xarakteri addımlar atması isə cəmiyyətdə ümidsizlik və xaosun yaranmasına səbəb olduğunu qeyd etmişdir. Hakimiyyət orqanlarının gerçək vəziyyəti qiymətləndirə bilməməsi isə vəziyyəti hər gün dahada gərginləşdirərək çıxılmaz halın yarandığını qeyd etmiş, yalnız xalqa söykənən siyasətlə vəziyyətdən çıxmağın mümkünlüyünü xatırlatmış, bunun üçündə siyasi təşkilatların, o cümlədən KXCP-nin təşkilatlanması və üzvlərimizin yerlərdə fəallığının artırılması, xalqın bütün təbəqələri ilə əlaqələrin yaradılması istiqamətində fəaliyyət göstərmələrinin zəruriliyini vurğulamışdır.
Sessiya iştirakçılarından Oqtay Güləliyev, Xəzər Teyyublu, Şükür İzzətoğlu, Loğman Abdullayev, İlham Hüseynli və başqaları çıxışlar edərək təkliflər vermişlər. Müzakirələrin sonunda uyğun qərarlar, Türklük günü ilə bağlı Müraciət, Qarabağ probleminin son durumu və sosial-iqtisadi durumla bağlı bəyanatlar qəbul edilmişdir.

15 Haziran, 2016
01 Ağustos, 2015
KXCP III Qurultayının Sənədsiz evlər və onların qeydiyyat probleminə dair Bəyanatı
Sənədsiz evlər, onların qeydiyyatı məsələləri uzun müddətdir Azərbaycan cəmiyyətinin diqqət mərkəzində olan, rəsmi qurumların vaxtaşırı müraciət etdiyi, lakin həlli bu günə qədər mümkün olmayan problemlərdən biridir.
Rəsmi dövlət qurumlarının verdiyi məlumata görə təkcə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı 500 min civarında göstərilir. Bu rəqəm yuvarlaq hesablama ilə 2 milyondan artıq ölkə vətəndaşının mənafeyinə toxunan və həll olunmadıqca ciddi fəsadlar törənməsinə, sosial və mlkiyyət sahəsində münaqişələrin yaranmasına səbəb olan problem kimi görünməkdədir. Müəyyən layihələrin həyata keçirilməsi zamanı bəzi yaşayış məntəqələrinin sökülməsi, əhalinin həmin ərazilərdən köçürülməsi, kompensasiyaların həcminin müəyyən edilməsində bu problem daha çox gündəmə gəlsə də sonradan Azərbaycan cəmiyyəti üçün aktual olan bu mövzu arxa plana keçirilir və bir növ unutdurulur. Çünki aparılan araşdırmalar göstərir və ölkədə sənədsiz evlərin mövcudluğu və problemin həllinin uzadılması bəzi qurumların, məsul şəxslərin, iş adamlarının manevr imkanlarını genişləndirməklə onların maraq dairəsindədir və korrupsiya mənbəyidir.
“Sənədsiz evlər” problemi ictimaiyyət tərəfindən müzakirə olunan, hələ sovet dönəmindən miras qalmış, ciddi sosial gərginlik mənbəyi, həmçinin uzun müddət həll olunmamış problemə çevrildiyindən, bəzi dövlət proqramlarının icraası zamanı kütləvi korrupsiya və büdcə mənimsəmələrinə şərait yaradacaq fəaliyyyət olduğundan, problemin çəkisini və əhəmiyyətini nəzərə alan KXCP aşağıdakıları təklif edir:
- “Sənədsiz evlər” probleminin həlli zamanı insanların uzun illər boyu istifadəsində olduğu YAŞAYIŞ VƏ QEYRİ-yaşayış sahələri onların faktiki mülkiyyət hüququ kimi qeyd-şərtsiz tanınsın;
- ölkə başçısının bu istiqamətdə müvafiq orqanlara müraciətləri, sərəncam və başqa hüquqi sənədlərinin icrasının monitorinqi aparılmalı, bu sahədə laqeydlik, ictimai maraqlara etinadsızlıq və ya birbaşa sabotaj etmək cəhdləri ciddi şəkildə araşdırılsın və qanunsuzluğa yol vermiş şəxslər cəzalandırılsın;
- Problemin həlli üçün mərkəzi və yerli icra hakimiyyətləri qarşısında icraat üçün son müddət qoyulsun;
- Problemin həlli təcrübəsində maraqlı rəsmi qurumların qeyri-səmimi və xırda özəl maraqlardan şıxış eməsini nəzərə alaraq geniş səlahiyyətli, cəmiyyətin müxtəlif sektorların nümayəndələrinin iştirakı ilə ictimai komissiya yaradılsın;
- məsələnin büdcə və müxtəlif maliyyə vəsaitlərin silinməsi üçün cəlbedici olmaqla, geniş ictimai maraq kəsb etdiyindən yerli və mərkəzi icra strukturlarına, bələdiyyələrə, dövlət şəhərsalma və xəritəçəkmə orqanlarına, müvafiq ekspertlərin, media və QHT nümayəndələrinin iştirakı ilə evlərin, yaşayış və qeyri-yaşayış sahələrinin dəqiqi reyestrini hazırlayaraq geniş ictimaiyyətə təqdim etmək, bu məqsədlə müasir texnika və texnoloqiyalardan istifadə edərək müvafiq elektron xidmətlərin (sayt, qeydiyyat səhifələri) yaradılması, bütün şəffaflıq mexanizmlərindən istifadə olunması məqsədəuyğun sayılsın;
- İstifadədə olan sənədsiz evlərin və qeyri- yaşayış sahələrinin sənədləşməsinin asanlaşdırmaq və bu sahədə korrupsiyanın qarşısını almaq üçün Dövlət Reyester Xidmətinin nəzdində “bir pəncərə sistemi” yaradılsın;
Kaydol:
Kayıtlar
(
Atom
)